Ağcabədiyə atılan “Smerç” raketinin döyüş başlığı aşkarlandı
Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış “Smerç” raketi boş əraziyə düşüb.
ANAMA-dan ARANTV.AZ-a verilən məlumata görə, raket partlamayıb.
ANAMA-nın əməkdaşları onu yerində zərərsizləşdirib.
Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 “Smerç” raketi zərərsizləşdirilib.

