Gündəm 

“Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən MDB-də əməkdaşlığın inkişafı mümkün deyil” – Əli Əsədov

Dağlıq Qarabağdakı vəziyyət tənzimlənmədən MDB-də əməkdaşlığın hərtərəfli inkişafı mümkün deyil.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan BMT üzv dövlətləri ilə əməkdaşlığın inkişafına maraqlıdır:

“Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıqda maraqlıdır. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq mümkün deyil”.

Daha çox xəbərlər