Ruhi Əliyeva Xədicəni övladlığa götürmək istəyir
Biznes-ledi Ruhi Əliyeva erməni terroru nəticəsində valideyinlərini itirən balaca Xədicə ilə bağlı paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, o, Xədicəni övladlığa götürmək istədiyini bildirib.
Məlumat üçün bildirək ki, ermənilərin Gəncəyə raket atması nəticəsində valideynlərini itirən 3 yaşlı Xədicə Şahnəzərova ilə bağlı dünəndən sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Xədicənin dayanmadan ağlaması və böyüklərin bir-biri ilə uşağa görə mübahisə etdiyi yer alıb. Bu gün isə rəsmi qurumların Xədicə üçün hərəkətə keçdiyi bildirilib.
![]()
Həmin görüntülərlə bağlı Ruhi aşağıdakıları qeyd edib: “Gülüzlü Xədicəmiz. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə işğalçı Ermənistanın raket atması nəticəsində valideynlərini və böyük bacısını itirən mələküzlü Xədicədir bu videoda izlədiyiniz.
Dəhşətdir, faciədir, hazırda keçirdiyim hiss və həyəcanı çatdırmaqda belə, çətinlik çəkirəm. Bu necə davranışdır körpəylə?! Xədicə zatən ciddi travma alıb və bəlkə də, o körpə ölməyi də üstün tutur hazırda. Ölməyin nə olduğunu belə bilmədən. Xədicənin hadisəsini eşidəndən onu övladlığa götürmək və doğma qızım kimi böyütmək istəyimi bildirdim. Cavab aldım ki, Xədicəyə hansısa qohumu yiyə çıxıb. Budurmu yiyə çıxmaq?! Budurmu bütün ailəsini bir gecədə itirib tək qalmış övladı ağuşuna alıb, onun yaralarını sarmaq?!
Aidiyyəti dövlət orqanlarına müraciət edərək bildirirəm ki, Xədicəni övladlığa götürmək və öz balam kimi böyütmək istəyirəm!
Səsimə səs verin, Xədicəni bu dəhşətdən xilas edək… Xədicə nəzir qutusu deyil, olmamalıdır! Xədicəni xilas etmək hamımızın borcudur!”
Musavat.com

