ANAMA əməliyyat keçirdi: 300-dən çox mina aşkarlandı – FOTO
Noyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 19 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 21 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Avşar, Mirəşelli, Taxtakörpü, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Əfətli, Üçoğlan kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Cəbrayıl rayonunun Mehdili kəndi, Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Kərimbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Meşəli kəndi, Tərtər rayonunun Yenikənd, Çaylı, Seyidimli kəndləri və Şıxarx qəsəbəsi, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 29 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

