Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
ARANTV.AZ xəbər verir ki, Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən tədbirdə Xəzəryanı ölkələrin əməkdaşlığına dair müzakirələr aparılıb.
Rusiya Xarici İşlər Nazirliyinin, Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin, Rusiya Elmlər Akademiyasının dəstəyi ilə keçirilən tədbir ali təhsil ocağının Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutu tərəfindən “Xəzərin elmi və innovasiyaları” Şurası ilə birgə təşkil edilib. Xəzəryanı ölkələr arasında əməkdaşlıqdan danışan, forumun Proqram Komitəsinin həmsədrləri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov qeyd etdi ki, Azərbaycan Rəhbərliyi xəzərin hüquqi statusina dair konvensiyanın hazırlanmasında mühüm və vacib rol oynadı.
Forumun əsas sessiyasında Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ilin avqustunda imzalanan Konvensiya əsasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri müzakirə edildi. Çıxış edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev dedi ki, Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlər üzrə əməkdaşlıq uğurla davam edir və Xəzər xəzəryanı ölkələrin möhkəmlənməsində ən mühüm alətlərdən biridir.
Qeyd edək ki, forumun işində Xəzər regionu ölkələrinin dövlət orqanlarının rəhbərləri və aparıcı ekspertləri, Xəzəryanı dövlətlərin səfirləri, ən iri korporasiyaların və analitik mərkəzlərin nümayəndələri iştirak edirdi.

