Cəmiyyət 

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda yeni təkliflər səsləndirilib, məruzələr dinlənilib.

İclasda əvvəlcə Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gündəlikdəki məsələlərlə bağlı məlumat verdi. Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə təltif olunan əməkdaşlara mükafatları təqdim edildi.  İclasda Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycan faunası” Milli İnformasiya Sisteminin yaradılması təkilifini irəli sürdü. Akademik Kamal Abdullayev isə “Türkologiya” jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında məruzə etdi. Jurnalın fəaiyyəti auditoriya tərəfindən yüksək qiymətləndirildi. Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov “Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” adlı elmi məruzəni təqdim etdi. Tədbirdə AMEA Rəyasət Heyəti nəzdində Strateji Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiqi, eləcə də mərkəzin elmi tədqiqat, texnoloji layihələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hesabatları qəbul etmək və qiymətləndirmək məqsədilə Elmi-texniki Şuranın yaradılması və tərkibinin təsdiqi ilə bağlı qərar qəbul olundu.  Sonda kadr məsələlərinə baxıldı.

Daha çox xəbərlər