“Azərbaycan şücaətli əsgərlərinin hesabına ərazilərini işğaldan azad etdi” – İranlı deputat
Azərbaycan şücaətli əsgərlərinin hesabına öz ərazilərini işğaldan azad etdi.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin sosial komitəsinin sədr müavini Vəli Esmaili deyib.
V.Esmailinin sözlərinə görə, Azərbaycanın mədəniyyət, tarixi abidələrlə zəngin şəhər və kəndlərinin işğaldan azad edilməsi sevindirici haldır:
“Bu münasibətlə Azərbaycan dövləti və xalqını təbrik edirəm”.

