“Atəşkəsə nəzarət mərkəzinin ayrı-ayrı yerlərdə şöbələri olacaq” – Türkiyə XİN rəhbəri
Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Azərbaycan tərəfindən bizə təqdim ediləcək ərazidə yerləşdiriləcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, mərkəzin ayrı-ayrı yerlərdə şöbələri olacaq: “Mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsini ev sahibi deyəcək:
“Əlbəttə, biz mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsinin faydalı ola biləcəyi ilə bağlı tövsiyələr verəcəyik, bu məsələ birgə müzakirə ediləcək, lakin son qərar Azərbaycanın razılığı ilə veriləcək”.

