Cəmiyyət 

Babək prospektində işlər nə vaxt yekunlaşacaq? – VAXT AÇIQLANDI

Bakının Xətai rayonu, Babək prospektində yenidənqurma işləri davam etdirilir.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Agentlik rəhbəri bildirib ki, həmin prospektdə işlər yekunlaşmaq üzrədir: “Hazırda işlərin çox hissəsi yekunlaşıb. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır. Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq və yol tam istifadəyə veriləcək”.

Daha çox xəbərlər