Rus jurnalist erməni qadınını SUSDURDU – VİDEO
Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra sosial şəbəkələrdə “yeni ulduzlar” peyda olub. Ermənilər bu məğlubiyyəti “həzm edə” bilmirlər. Onlar artıq nə danışdıqlarını da anlamırlar.
Bunu hətta Yerevanda çəkiliş edən rus müxbir Aleksey Romanov etiraf edib.
ARANTV.AZ xəbər verir ki, sosial şəbəkədə yayılan videoda erməni qadın Rusiyanı Azəraycana yardım etdiyi üçün qınaq atəşinə tutur, azərbaycanlıarı işğalçı adlandırır.
Jurnalist isə “Niyə Rusiya Azərbaycana kömək etməməlidir?”, “Azərbaycanlılar da eyni siz dediklərinizi sizin haqqınızda deyir” sözləri ilə qadını susdurur.
Söz çatdıra bilməyən erməni artıq müsəlman-xristian məsələsinə keçir və Rusiyanı satqınlıqda ittiham edir. Jurnalist onun sözlərini yarıda kəsərək “nasist ifadələrə” qulaq asmaq istəmədiyini deyir və reportajı dayandırır.
Həmin kadrları oxuculara təqdim edirik:

