Bu həftə Bakıda karantin rejimi yenidən sərtləşdirilir? – AÇIQLAMA
Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı artma dinamikası ilə davam edir. Belə ki, noyabrın 13-də 1 364 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər isə vəfat edib. Yoluxma və ölüm sayı artığı üçün bu həftə Bakıda da karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artıqca ölənlərin də sayı artır:
“Belə ki, yoluxma sayı 300-500 arası olanda 3-5 nəfər ölürdü. Amma bu gün yoluxma sayı 1000- 1700 arası dəyişir. Belə olan halda da ölüm sayı çox olmalıdır. Ölüm sayı artıq 20-ni keçib. Düşünürəm ki, karantin qaydalarına əməl edilməsə və insanlar xəstəliyə məsuliyyətsiz yanaşmaqda davam etsələr, vəziyyət daha da ağırlaşacaq, hətta ölüm sayının artması da gözlənilir.
Ona görə də düşünürəm ki, karantin rejimi təcili sərtləşdirilməlidir. Avtobuslarda, qapalı yerlərdə və marketlərdə, demək olar ki, insanlar maskadan istifadə etmirlər. Sadəcə maska ilə daxil olur, daha sonra çıxarır, ya da çənəsinin altına endirirlər. Cərimə metodikası yenidən işə düşməlidir. Qapalı məkanlarda və avtobusun içərisində maskasız insan varsa, həmin müəssisə, marşurut xəttinin sahibi, sürücü cəzalandırılmalıdır. Onlar cəzalandırılsa, həmin müəssisələrin işçiləri insanlar girib çıxana qədər maska taxılmasına və sosial məsafənin qorunmasına nəzarəti gücləndirəcəklər. Bundan əlavə, yoluxma mənbəyi hesab edilən gözəlləlik salonları və bərbərxanalar yenidən qapadılmalıdır. Ən önəmlisi isə insanlar bir-biri ilə təması minumuma endirilməlidirlər”.

