Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Quba RPŞ-də çalışıb. /Unikal.org

