Arayikdən itkilərlə bağlı etiraf: Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır
Şuşa yaxınlığındakı ərazidən 150 erməni hərbçisinin cəsədi çıxarılıb.
ARANTV.AZ Azvision-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən Arayik Arutyunyan bildirib.
O, böyük itki verdiklərini bir daha etiraf edib: “Bunu Şuşa yaxınlığından çıxarılan 150 cəsəd də sübut edir. Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır”.
Separatçı lider Ermənistandakı daxili sabitliyə təhdidlərdən də narahat olduğunu dilə gətirib.

