Şuşanın nostalji hislər yaradan FOTOLARI
Qarabağımızın incisi sayılan Şuşanın keçmiş görüntüləri, işğaldan azad olunan dövrdəki görüntüləri kimi həsrət qoxur.
Bu illər ərzində biz Şuşaya yalnız oradan gətirilən tək-tük yadigar fotolara baxmaqla təskinlik tapmışıq.
Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə Fakültəsinin dekanı, Prof. Elçin Əhmədov 25 il ərzində Şuşanın fotolarını toplayaraq kolleksiya yarada bilib.
Elçin Əhmədov bildirir ki, kolleksiyasındakı fotolardan heç biri internetdən götürülməyib, bunlar Şuşanın işğaldan əvvəl çəkilən orijinal fotolarıdır:
“O şəkillərin hamısı mənim doğulub boya-başa çatdığım, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada çəkilib”.
Şəkillərdə bazarbaşı, meydan, “Gövhər ağa” məscidinin ətrafı, Molla Pənah Vaqifin dərs dediyi ilk mədrəsə və digər məkanlar əks olunub.
ARANTV.AZ Sonxeber.az-a istinadən həmin fotoların bir neçəsini izləyicilərə təqdim edir:



















