Hadisə 

Goranboyda yolu keçən kişini maşın vurub öldürdü

Goranboyda bir nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da, saat 23:00 radələrində rayonun Nizami kəndi ərazisində müəyyən edilməyən avtomobil yolu keçən 50-55 yaşlı kişi vurub.

Nəticədə, piyada hadisə yerində ölüb.

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Daha çox xəbərlər