Yerevanda etirazçılar mərkəzi küçələri yenə bağladı
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, etirazçılar iki mərkəzi prospekti bağlayıb.
Yolların açılması üçün polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Onlarla aksiya iştirakçısı saxlanılıb.
Qeyd edək ki, Yerevanda etiraz aksiyaları noyabrın 10-dan etibarən davam edir.

