Sosial 

Hər iki ayağını itirən qazimiz – Video

Üç yaşında olarkən atası Tofiq Rzayevi Birinci Qarabağ müharibəsində itirib. 13 yaşından hərbi təhsil almağa başlayıb. 9 ildir ki, Xüsusi Təyinatlı Qüvvələrdə zabit kimi çalışır.  Vətən müharibəsində Murovdağ yüksəkliklərinin alınmasından başlamış, Qubadlıya qədər döyüş yolu keçib.

ARANTV.AZ  xəbər verir ki, söhbət Vətən müharibəsində hər iki ayağını itirən Xüsusi Təyinatlı Qüvvələrin qazisi Polad Rzayevdən gedir.

Oktyabrın 19-da Qubadlının Dağtumas kəndində düşmənə növbəti hücumu icra edərkən piyada əleyhinə minaya düşüb. İki ayağını da topuqdan itirib.

İctimai Televizayanın Polad Rzayevlə bağlı hazırladığı süjeti təqdim edirik:

Daha çox xəbərlər