UNESCO-nun mənzil qərargahında Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
ARANTV.AZ xəbər verir ki, Parisdə, UNESCO-nun mənzil qərargahında Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib. Toplantıda ölkəmizin 2019-cu ildə İrs Komitəsinin növbəti sessiyasına uğurla ev sahibliyi edəcəyi vurğulanıb. İrsin mühafizəsi sahəsində görülən işlərdən danışılıb, xüsusi işçi qrupunun fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Ümumdünya İrs Komitəsinin gələn il Bakıda keçiriləcək 43-cü sessiyasına hazırlıq məqsədilə xüsusi işçi qrup təsis edilib. Yaradılan xüsusi qrup öz fəaliyyətini komitə iclasına qədər davam etdirəcək.

