Siyasət 

“Kay2TV” kanalında Azərbaycan-Pakistan əlaqələrinə həsr olunan proqram yayımlanıb

ARANTV.AZ xəbər verir ki, Pakistanın “Kay2TV” kanalında Azərbaycan-Pakistan münasibətlərdən danışılıb. İki ölkə arasında mövcud olan iqtisadi və ticarət sahələrində əlaqələrin inkişaf perspektivlərindən bəhs olunub.

“Azərbaycan-Pakistan arasında siyasi münasibətlər yüksələn xətt üzrə  inkişaf edir. Hər iki ölkə hər zaman bir-birinə dəstək verir”. Bu fikirlər, Pakistanın “Kay2TV” kanalında yaymlanan “Biznes-raund” proqramında səsləndirilib. Verlişdə Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib. İqtisadi-ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdəki əməkdaşlıqdan söz açılıb. Qeyd olunub ki, iki ölkə arasında bir çox birgə layihələr, sərgi, biznes forum,görüş, qarşılıqlı səfərlər təşkil edilir. Məhz bu səbəbdən ölkələrimiz arasında  ticarət dövriyyəsində artım müşahidə olunur. Ölkəmizdə xarici investorlar üçün yaradılan münbit şəraitdən danışılıb. Azərbaycanda  kənd təsərrüfatı, sənaye və texnologiya parkları, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verilib. Bildirilib ki, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün birgə işçi qrupu yaradılıb. Bu isə qarşılıqlı investisiya üçün imkanların artmasıma səbəb olub.Proqramda Heydər Əliyev Fondunun Pakistanda bir sıra humanitar və sosialyönümlü layihələr həyata keçirməsi barədə də məlumat verilib. Həmin layihələrin bu il də davam etdirildiyi diqqətə çatdırılıb. Sonda  Azərbaycanın turizm potensialında söz açılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında da tamaşaçılara ətraflı məlumat verilib.

Daha çox xəbərlər