Hadisə 

Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən şəxs tutuldu

Nərimanov Rayon Məhkəməsində insan alverində təqsirləndirilən Cəlal Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

ARANTV.AZ  xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və C.Mehdiyev barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə azyaşlı qızları aldatmaq və hədə-qorxu gəlmək yolu ilə fahişəliyə cəlb edən Bakı şəhər sakini Mehdiyev Cəlal Əli oğlu saxlanılıb.oxu.az

Daha çox xəbərlər