Düşmənin 12 tankını ələ keçirən şəhidimiz – Video
Yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olan divizyonun qərərgah rəisi mayor Ramil Ağayev düşmənə məxsus 12 tankı və digər texnikaları şəxsən özü ələ keçirib.
ARANTV.AZ “Xəzərxəbər”ə istinadən xəbər verir ki, yüzlərlə ermənini məhv edən topçu mayor haqda indi hər kəs qürur hissi ilə danışır.
Bu ada layiq olduğunu Ramil əvvəllər də dəfələrlə nümayiş etdirib. Qəhrəmanımız Aprel döyüşlərində böyük şücaət göstərib və bir sıra fəxri ada, medallara layiq görülüb.
Ramil Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə isə şəhidlik zirvəsinə yüksəlib.
Mayor öz vəsiyyəti ilə doğulub boya başa çatdığı Lerik rayonunda dəfn edilib.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

