Gənc rəssam Günay Məmmədliyə dəstək olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zaur Quliyev Günayla görüşərkən belə deyib.
ARANTV.AZ xəbər verir ki, sağlamlığı məhdud gənc rəssam Günay Məmmədli haqqında Sputnik Azərbaycanda gedən yazıdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Zaur Quliyev ailəyə baş çəkərək istedad sahibinin özü ilə görüşüb. Gənc qızın valideyinləri, atası İsmayıl Məmmədov, anası Şükufə Məmmədova Günaya görə keçdikləri çətin günlərdən danışıblar.” Günayın gələcəyi həmişə bizi narahat edib. Balacalığında Mingəçevirə Loqoped Kamil müəllimin yanına apardıq. 7 – il Günaya görə Mingəçevirdə qaldım. Yoldaşım, uşaqlar burda, biz isə orda olurduq. Çox irəliləyiş oldu. Sonra Bərdədəki İnkluziv tipli məktəbdə təhsilini davam elədi. Böyük qızım Pedeqoji Universtitetin İngilis dili müəlliməliyinə qəbul olmuşdu. Ona bildirdim ki, səni oxutmağa imkanımız yoxdur. Hazırda Günayın yaxşı olması üçün çalışırıq.Qızım heç nə demədi.Amma mənim ürəyimdə bir xal qaldı. Sonralar o qızımda univüerstite qəbul oldu və bitirdi.Bu gün də əsas qayımız Günaydı. Çalışırıq hər zaman ona dəstək olaq”.- deyir Şükufə Məmmədova .
İsmayıl müəllim Günayın eşitməsini yaxşılaşdırmaq üçün yüksək keyfiyyətə malik cihazla təmin olunmasına ehtiyyacı olduğunu bildirir. “Hazırda istifadə elədiyi eşitmə cihazı zəif parametrlidir. Nazirliyə müraciət eləsək də ala bilmədik.Çox istiyərdi ki, bu cihazın əldə olunmasında Bizə köməklik göstərilsin.”
Ailənin sosial durumu , Günayın yüksək yaradıcılıq qabiliyyəti ilə tanış olan İctimai Şura üzvü Zaur Quliyev həm eşitmə cihazının əldə olunmasında bacardığı qədər yardım göstərəcəyinə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində gənc rəssamın iştirakina dəstək olacağını bildirib.
Sonda Günayın əl işlərinə baxan Zaur Quliyev heyrətini gizlətməyib.Onu əsl istedad adlandırıb.



