Sosial 

Haqqı nahaqdan alan lider

Belə bir deyim var: haqq gec-tez öz yerini tapacaq. Həqiqətən də Ali Baş Komandanımızın siyasi uzaqgörənliyi, ordumuzun gücü və xalqımızın birliyi ilə biz bu deyimi sözdə deyil, əməldə reallaşdırdıq. Vətən müharibəsi, haqq müharibəsii adlandırdıq bu müharibəni. Vətən nədir? Nəyə görə Vətən? Vətən-anadır, torpaqdır, müqəddəsdir, ən ülvi duyğudur. Vətən sevgisi, torpaq sevgisi sonradan qazanılmır, insanla birgə doğulur, onun qanına və canına hopur bu sevgi. 30 ilə yaxın idi ki, Vətənimizin dilbər guşələri düşmən tapdağı altında anadan ayrı düşmüş bala kimi inləyirdi. Bu inilti hər birimizin qəlbini yandırırdı, qulaqlarımızı batırırdı. “Öncə Vətən, ikinci xalq,sonra mən” kəlamı biz azərbaycanlıların həyat amalı oldu. Vətən həsrəti, yurd həsrəti, torpaq həsrəti ilə alışıb yanırdı qəlbimiz. Hər birimizin arzusu idi ki, bu həsrət bitsin və vüsala qovuşaq.

Vaxtilə Azərbaycan xalqının ümidsizliyə düçar olduğu bir vaxtda, çətin vəziyyətdə xalqın köməyinə gələn Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət, xilaskar, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev siyası kursunun layiqli davamçısı İlham Əliyev bugünkü gündə Ulu Öndərimizin yarımçıq qoyduğu missiyanı tamamladı. Uzaqgörən Ulu Öndərimiz boş yerə deməmişdir ki, “Vaxt gələcək mənim yarımçıq qoyduğum işi İlham Əliyev tamamlayacaq” Həqiqətən də dahi dahi yetişdirər. Cənab İlham Əliyev Azərbaycan xalqının 30 illik həsrətinə, nisgilinə son qoydu. Təbii ki, qələbə asan qazanılmır. Şanlı və şərəfli tarixi qələbəmizi Cənab Ali Baş Komandanımızın siyasi uzaqgörənliyi, yürütdüyü uğurlu, məqsədyönlü və çoxşaxəli siyasəti ilə, Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək üçün atdığı qətiyyətli addımlarla, Azərbaycan ordusuna göstərdiyi hər daim diqqət, güclü hərbi texniki bazası ilə dünyanın ən güclü orduları sıralarında duran, Ulu Öndərimizin şah əsəri sayılan müzəffər və rəşadətli Azərbaycan Ordusunun gücü ilə, Vətən sevgisini hər şeydən üstün tutan, adlarını tarixə əbədiyaşar qəhrəmanlar kimi həkk etdirən ölməz və cəsur igidlərimizin canı və qanı bahası ilə qazandıq. Deməli, ölkə Prezidentinin siyasəti, ordunun gücü, xalqın birliyi qələbəni şərtləndirən əsas amillər oldu.

Müharibənin ilk günlərindən qələbəyə inamla addımlayırdıq.Nə idi bu qələbəyə inamla addımlamağımızın səbəbi? İllərdir ki, qəlbimizdə qisas hissi ilə yaşayırdıq, ağrılı-acılı 90-ci illərimizin şahidi olmayan igidlərimiz bu günlərin əbədiyaşar qəhrəmanları oldular. Çünki Azərbaycan igidlərinin damarında axan qan qeyrət, namus, şərəf, Vətən qanıdır. Vaxtilə ana-bacılarımızın, gəlinlərimizin, günahsız körpələrin başına gətirilən, sözlə ifadə edilməyəcək, qan donduran, iyrənc erməni cəlladlarının törətdikləri qətliam, soyqırım, Xocalıda inləyən, hayqıran günahsız balaların, gəlinlərimizin ah-naləsidir bu qisası bizdə yaradan. Bax budur, Vətən sevgisi! Biz öz haqqımız olanı aldıq. Ölkə Prezidentinin dediyi kimi bizim işimiz haqq işi idi, bizim mübarizəmiz haqq mübarizəsi idi. Biz öz torpaqlarımızda vuruşduq. İllərdən bəri içimizdə sönməyən bir qığılcım, ümid var idi. Artıq bu gün Ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hazır vəziyyətə gətirilmiş müzəffər Azərbaycan Ordusu şanlı və tarixi qələbəsi ilə içimizdəki sönməyən o qığılcımı və ümidi geçəkləşdirərək, adını əbədi olaraq nəinki Azərbaycan tarixinə, o cümlədən dünya tarixinə həkk etdirdi.

Özgə torpağında xoşbəxtlik qurmağa çalışan qorxaq erməni xalqı bugünkü gündə bədbəxtliyini yaşayır.

Bir daha qeyd edək ki, biz bu qələbəni cənab Ali Baş Komandanımızın siyasi uzaqgörənliyi, məqsədyönlü siyasəti, əzmkar gücü, mübariz ruhu, müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti, ölkə prezidentinin arxasında dəmir yumruq kimi dayanan xalqın sayəsində əldə etdik.

Bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, tarixə sığmayan bir ömür yaşamış unudulmaz Heydər Əliyevin təbirincə desək, Azərbaycan güclü dövlətdir və güclü ordusu vardır. Fəxr edirik ki, azərbaycanlıyıq, fəxr edirik ki, canımızla, qanımızla torpağımıza bağlıyıq.

Bizə bu sevinci yaşadan, ümidlərimizi doğruldan ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev, fəxr edirik Sizinlə, Azərbaycan ordusu, gücünüz və qüdrətiniz tükənməz qürur mənbəyimizdir, bu torpaqlarımızı canı və qanı bahası ilə alan, adlarını tarixə və könüllərə əbədi olaraq həkk etdirən əbədiyaşar qəhrəmanlarımız ruhunuz qarşısında baş əyirik, bu cür qeyrətli və vətənpərvər oğullar yetişdirən analar,əllərinizdən öpürük.

Qarabağ Azərbaycandır! Eşq olsun müzəffər və rəşadətli Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan! Var olsun Azərbaycan Ordusu!

Pərviz Rəhimli

Daha çox xəbərlər