Şəkidə işləyən bərbər əsgərlərin saç-saqqalını qırxmaq üçün cəbhəyə getdi – FOTO/VİDEO
Azərbaycanlı bərbər Şəkidən Suqovuşana əsgərlərə xidmətə gedib.
ARANTV.AZ-ın məlumatına görə, Qurban Bayramov adlı bərbər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, Vətən müharibəsinin qaliblərinə xidmət etmək üçün könüllü olaraq Suqovuşana yollanıb.
Çətin şəraitdə əsgərlərin saç-saqqalını səliqəyə salan bərbər bu görüntüləri lentə alıb.

