“Ruslan Quliyev təzyiqə məruz qalmayıb” – DİN-dən açıqlama
Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, R.Quliyev vətəndaş İradə Əliyevanın müraciəti əsasında müvafiq polis orqanına çağırılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Hazırda araşdırmalar davam etdirilir.

