Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
ARANTV.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirilib. Partiyanın Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkə həyatının demokratikləşməsi və idarə edilməsi prosesində fəal mövqe nümayiş etdirir. Hazırda YAP-ın Səbail təşkilatının 26 mindən artıq üzvü var. Onlardan 14 min 559-u qadın, 17 min 129 nəfəri isə gəncdir. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov partiyanın yaranma tarixi və keçdiyi inkişaf yolundan danışıb. Yeni Azərbaycan Partiyasının 26 illik uğurlu fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan dinamik inkişaf edən güclü dövlətə, əsl sabitlik adasına çevrilib. Digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının dövlət quruculuğu sahəsində xidmətlərindən söz açıblar. Sonda partiya sıralarına yeni daxil olan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

