Şəhid atasının ürəyi dözmədi – Oğlundan 20 gün sonra vəfat etdi

Lənkəran rayonu Osakucə kənd sakini Hümmətov Tural Ağababa oğlu Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

ARANTV.AZ  xəbər verir ki, noyabrın 9-da doğma kəndində dəfn edilən Turalın atası ötən gün vəfat edib.

Belə ki, Ağababa kişi oğul dərdinə cəmi 20 gün dözə bilib. O, dünən oğlunun yanında dəfn edilib.

Allah rəhmət eləsin!