Nazir: Qeydə alınmış doğumların sayı 45 faiz artıb
“Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalıb, qeydə alınmış doğumların sayı isə 45 faiz artıb”.
ARANTV.AZ xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Nazirin sözlərinə görə, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilib.publika.az

