Türkiyədə 74 hərbçi ömürlük həbsə məhkum edildi
Türkiyədə məhkəmə qərarı ilə 74 hərbçi ömürlük həbsə məhkum edilib.
ARANTV.AZ virtualaz.org-a istinadən bildirir ki, həmin şəxslər 2016-cı ildə dövlət çevrilişi cəhdində ittiham edilirlər.
Konkret olaraq onlara ölkənin konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi cəhdi və məqsədli qətllərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

