Dünya 

Gürcüstanda daha 3 216 nəfər koronavirusa yoluxdu, 37 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 216 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 135 584 nəfərə, ölənlərin sayı isə 1 267 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 113 986 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər