“Oğlumun tabutunu evə gətirəndə onu təbrik etdim” – Video
44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid leytenantı Həmid Abbasbəyli olub.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, 1991-ci ildə Bakıda anadan olan H.Abbasbəyli uşaqlıqdan hərbçi olmaq istəyib. O, Qubadlıdakı döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Leytenantın anası Gülnarə Məmmədova oğlunun çox cəsur, vətənpərvər olduğunu bildirib:
“Həmişə deyirdi ki, müharibə başlasaydı, torpaqlarımızı azad edərdik. İstəyirəm şəhid olum. Anamı bütün Azərbaycan tanısın. Şəhidlik zirvəsinə layiq övlad idi. Oğlumun tabutunu evə gətirəndə onu təbrik etdim. Dedim oğul, şəhid adın mübarək. Arzun yerinə yetdi, qanın yerdə qalmadı. Düşmənin belini qırdıq”.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

