İdman 

Tanınmış idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi – EKSKLÜZİV

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub.

Oxu.Az-ın əldə etdiyi özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib.

Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı (iki gümüş və iki bürünc medal) da var. Həmçinin, Həsənov I Avropa Oyunlarının, 2012-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun və Yay Universiadasının mükafatçısıdır.

Daha çox xəbərlər