Dünya 

Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı

Ermənistanda 17 müxalif partiya Vazgen Manukyanın namizədliyini baş nazir vəzifəsinə təklif edib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə müxalifət liderlərinin görüşündə qərar verilib.

Deputatların sözlərinə görə, parlamentdə baş nazir Nikol Paşinyanın istefa verməsinin zəruriliyi barədə konsensus mövcuddur.

V.Manukyanın parlament tərəfindən baş nazir seçiləcəyi təqdirdə onun erkən seçkilər təyin edəcəyi gözlənilir.

Qeyd edək ki, Vazgen Manukyan 1990-93-cü illərdə Ermənistan baş naziri və müdafiə naziri işləyib.

O, 1996-cı ildə prezidentliyə namizədliyini vermişdi.

Daha çox xəbərlər