Gələn il Bakıda narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans keçiriləcək
ARANTV.AZ xəbər verir ki, gələn il Bakıda Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans keçiriləcək. Nazirlər Kabinetində toplantı ilə bağlı ilk hazırlıq iclası olub.
Qanunsuz narkotiklərin dövriyyəsinin qarşısnın alınması Azərbaycan hökümətinin daim diqqət mərkəzinədir və narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi də buna əyani sübutdur. Baş nazirin müavini, Nakromanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübasrizə üzrə Dövlət Komissyasının və Təşklat Komitəsinin sədri Əli Həsənov ilk hazırlıq iclasında belə dedi. Konfransa hazırlıqla bağlı araşdıma və təhlillər apardıqlarını qeyd edən Baş nazirin müavini Azərbaycanın BMT-nin müvafiq konvensiyalarına qoşulduğunu, milli hüquqi bazanın yaradıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, dünyanı narahat edən bu problemlə bütün dövlətlər birgə mübarizə aparmalıdır. İclasda ABŞ-ın narkotiklərə mübarizə admnistrasiyasının Ankara ofisinin müdiri Klement Sze və Ankara ofisinin nümayəndələri də iştirak edirdi. Sözügedən konfrans hər il bir ölkədə keçirilir və dünyanın 100-dən çox ölkəsindən 500-ə yaxın nümayəndə iştirak edir.

