İranda güclü zəlzələ: 550 yaralı – YENİLƏNİB
İranın Kirmanşah vilayətində baş verən güclü zəlzələ nəticəsində yaralıların sayı 550 nəfərə çatıb.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı İranın “Press TV” telekanalı məlumat yayıb.
Yeraltı təkanlar Kirmanşah və İlam bölgələri ilə yanaşı, Bağdad və Azərbaycanda da hiss olunub.
İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 360-a çatıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyinin yaydığı məlumatda deyilir.
23.48
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 210-a çatıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyinin yaydığı məlumatda deyilir.
22.49
İranın Kermanşah əyalətində zəlzələ nəticəsində azı 70 nəfər zərər çəkib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Press TV-nin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumatda deyilir.
21.48
İran-İraq sərhədi yaxınlığında güclü zəlzələ baş verib.
ARANTV.AZ xəbər verir ki, yeraltı təkanların gücü 6,3 bal təşkil edib.
Bildirilir ki, zəlzələnin episentri Bağdaddan 150 kilometr aralıda yerləşirdi.
İranın Kirmanşah vilayətində isə zəlzələnin gücü 6,4 bal olub.
Dağıntı və tələfat haqqında məlumat hələlik verilmir.
oxu.az

