Hansı parçalara üstünlük verməliyik?
Geyim seçərkən üzərinizdə necə görünməyi ilə yanaşı hansı parçadan hazırlandığını bilmək də vacibdir. Çünki tikilən paltarların müəyyən formaya düşməsində parçalar mühüm rol oynayır. Bəs, geyim seçərkən əsasən hansı növə üstünlük verməliyik?
ARANTV.AZ geyimlərdə ən çox istifadə olunması nəzərdə tutulan parça növlərini təqdim edir:
1.Pambıq parçalar
Bu material ən çox yayılmış parça növüdür. Xüsusi ilə yay geyimlərinin tikilməsində istifadə edilir. Çünki bədən tərləyən zaman tərin buxarlanaraq havaya qarışmasına səbəb olur. Alt geyimləri seçərkən pambıq parçadan hazırlanan paltarlara daha çox üstünlük verilir. İsti suda asanlıqla yuyula bilir.
2.Kətan parçalar
Bu növ parçalar çətinliklə toxunur. Tez qırışma xüsusiyyətinə malikdir. Buna görə də mütləq yüksək temperaturda ütülənməlidir.Bədəni sərin saxladığına görə əsasən yay aylarında bu növ parçadan olan paltarları daha çox geyinirlər.
3.Yun parçalar
Qoyundan əldə edilən məhsuldur. Nazikliyi və həcmi əldə edildiyi qoyunun fiziologiyasından asılıdr. Nəm çəkmə xüsusiyyətinə malikdir. Bədəni isti saxladığına görə daha çox qış aylarında geyinilir. Yüksək temperaturda yumaq olmaz. Bu zaman geyimlərin sapları çıxır və çözələnir. Soyuq havada yundan hazırlanan jaketlərə də daha çox üstünlük verilir.
4.Akril parçalar
Bu parçalara qulluq çox asandır. Paltaryuyan maşında yuyula bilir. Günəş işığına və kimyəvi maddələrə davamlı deyil. Rahat və yüngül olduğu üçün bu parça növündə olan geyimlərə daha çox üstünlük verilir.
5.Neylon parçalar
İsti suda yuyulmalı və zəif temperaturda ütülənməlidir. Asanlıqla qırışmır və rəngləri davamlıdır. Adətən uzun geyimləri bu parçadan hazırlayırlar.

