Sosial 

Babası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN – FOTO

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Dəstənin Baş çavuşu Məhəmməd Alik oğlu Hüseynovdur.

Məhəmməd Hüseynov 28 oktyabr 1993-cü ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu qəsəbəsindən olan Məhəmməd Hüseynov Sərdar İmrəliyev adına Bahar kənd tam orta məktəbini bitirdikdən sonra DİN-in Daxili Qoşunlar XTD-sində həqiqi hərbi xidmət keçib.

Xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib. Xidmət müddəti ərzində müxtəlif növdə silahların öyrənilməsi ilə bağlı xüsusi kurslar keçib. Ən son Türkiyənin İzmir şəhərində yerləşən “Foca Jandarma Komando” məktəbində 6 ay xüsusi təyinatlıların kursunda iştirak edərək sertifikatlar alıb.

Məhəmməd Hüseynov bir çox döyüş əməliyyatlarının iştirakçısı olub. Vətən müharibəsində iştirak edən Məhəmməd 27 sentyabr 2020-ci il tarixində Murov dağ silsiləsində gedən döyüşlərdə iştirak edib.

Murov dağ silsiləsi azad olunduqdan sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə iştirak edən Məhəmməd Hüseynov dədə-baba yurdunun Horovlu kəndi azad olunduqdan sonra noyabrın 8-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Məhəmməd Hüseynov Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir. Əmisi Hüseynov Hüseyn Məmməd oğlu da torpaqlarımız uğrunda şəhid olub.

Allah rəhmət eləsin!

Babası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTOBabası qəhrəman, əmisi şəhid olan hərbçimizi TANIYIN - FOTO

Daha çox xəbərlər