Hadisə 

Ağdaşda ev yandı

Ağdaş rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli kürsülü evin yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər