Hadisə 

Sumqayıtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb – FOTO\VİDEO

Sumqayıtda polis əməkdaşları tərəfindən  aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinlərin Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar.

ARANTV.AZ  xəbər verir ki, saxlanılan şəxslərin Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitafon, səs gücləndirici, akkumulyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər – Sumqayət şəhər sakinləri  Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində beş nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

oxu.az

Daha çox xəbərlər