Hadisə 

Qaradağda evdə yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 9 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər