Hadisə 

Bakıda kişi dəm qazından zəhərlənərək ölüb

Bakıda dəm qazından ölüm hadisəsi baş verib.

ARANTV.AZ-ın xəbərinə görə, hadisə dekabrın 9-u saat 12:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.“Report”

Daha çox xəbərlər