Erməni qadının Ukrayna televiziyasında etirafı: “Qayınatam Qarabağda hamilə qadınları öldürüb”
ARANTV.AZ xəbər verir ki, proqramda ekstrasens polisin əlacsız qaldığı cinayəti açmağa çalışanda bu hadisə baş verib.
Verilişin bu buraxılışı 2018-ci ilin fevral ayında yayımlanıb. Amma kadrlar bir neçə gündür ki, sosial şəbəkəyə düşüb. Ermənistandan Ukraynaya köçən erməni ailəsi də verilişə müraciət edib.
Nellinin övladları 6 aylıq olanda evdə addım səsləri eşidilməyə başlayıb. Nellinin rəfiqəsi Maryam Markosyan da bu anomal hadisənin şahidi olub. Nellinin nənəsi Alvina da şahidi olduğu paranormal hadisələrdən danışıb. Nelli körpənin yanında qəribə ruh görüb. Onun 6 yaşlı oğlu Erik də ruhun sifətini görüb. Bu zaman ailə verilişə müraciət edib. Suren Culakyan adlı ekstrasens evə gəlib. Bu zaman o, gördüklərindən şoka düşüb:
“Mən nə dəhşətli mənzərə görürəm! Başa düşmürəm, sizin manyak qohumunuz var?”.
Bu zaman Nelli ağlayaraq bildirib ki, birinci ərinin atası Qarabağda döyüşüb: “Mənim birinci qayınatam Qarabağda döyüşüb. O, deyirdi ki, əsl cəllad olub”.
Suren deyib: “O, onlarla günahsız insan öldürüb. Elə hiss edirəm ki, zorlayıb və sonra öldürüb”.
Nelli: “Hə, o tez-tez Qarabağda hamilə qadınları öldürdüyünü danışırdı. O, bildirirdi ki, insanları doğrayırdılar, hamilə qadınları doğrayırdlar”.
Verilişin video yazısını oxuculara təqdim edirik.
ölkə.az

