Ölkəyə gələn turistlərin sayı xeyli artıb
ARANTV.AZ xəbər verir ki, son illər turizm sahəsində aparılan islahatlar xidmətlərin keyfiyyətinin artmasına, qiymətlərin isə xeyli enməsinə səbəb olub. Bu turistlərin sayında da özünü göztərir. Ölkəmizə gələn turistləri sayı artıb, təmsil etdiyi ölkələrin coğrafiyası da genişlənib.
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir. Turizm sektorunun davamlı inkişafı bu sektoru ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı sahəsinə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Ölkənin şaxələndirlmiş iqtisadiyyatı konteskstində regionların inkişafı üçün məhz sahə həlledici əhəmiyyət kəsb edir. Ekspertlər hesab edirlər ki, turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, dövlət turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Təsadüdi deyil ki, bu ilin ötən dövründə ölkəyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə qədər artıb.
Son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün addımlar atılıb. Yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlbi üçün viza rejimi sadələşdirilir, həmçinin formlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır. Ölkədə davamlı və fasiləsiz turizm axınına nail olunması üçün isə ilin bütün fəsillərində turist qəbul edəcək baza formalaşdırılıb. Qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması təmin edilib. Bu məqsədə nail olmaq üçün “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Eləcədə, Qəbələ rayonunda fəaliyyət göstərən “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda ölkədə yerli və xarici turistləri qəbul etmək üçün 600- ə yaxın mehmanxana və mehmanxana tipli obyekt var. Bununla belə, evlərdə qalan turistlərin sayı da çoxdur. Qonaqlar arasında Rusiya, Avropa, körfəz ölkələri, Çin, Hindistan, Pakistan və Uzaq Şərqdən gələnlərlər üstünlük təşki edir.

