Siyasət 

Ceffri Van Orden: “Avropa İttifaqı Azərbaycanla çoxtərəfli və ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət verir”

ARANTV.AZ xəbər verir ki, Avropa İttifaqı Azərbaycanla çoxtərəfli və ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Bu sözləri ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib. Qonaq ölkəmizin mühüm geosiaysi mövqedə yerləşməklə yanaşı, böyük iqtisadi potensiala sahib olduğunu deyib.

Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümaəyndə heyətinin ölkəmizə səfərinin məqsədi Azərbaycanla, o cümlədən regionla daha yaxından tanış olmaqdır. Nümayəndə heyətinin Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşündə komitənin həmsədri Cavanşir Feyziyev qonaqlara ölkəmizin yerləşdiyi mürəkkəb region, Azərbaycanın əldə etdiyi uğurlar barədə geniş məlumat verdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışarkən Avropa İttifaqının bu problemin nizamlanmasında işğal edən ölkə ilə ərazisi işğal olunan ölkəyə münasibətdə eyni mövqe sərgiləndiyini təəssüflə qeyd etdi. Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova da bu münaqişə nəticəsində ev-eşiyindən didərgin düşmüş 1 milyondan çox azərbaycanlının pozulmuş hüquqları barədə məlumat verdi. Avropa İttifaqının Azərbaycanla həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən Ceffri Van Orden ölkəmizin mühüm geosiyasi mövqedə yerləşməklə yanaşı, nəhəng iqtisadi potensiala sahib olduğunu bildirdi. Nümayəndə heyətinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə də geniş fikir mübadiləsi aparıldı. Komitənin sədri Səməd Seyidov ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq əməkdaşlığı barədə qonaqlara geniş məlumat verdi. Diqqətə çatdırıldı ki, dünyada terrorra qarşı aparılan mübarizdə fəal iştirak edən Azərbaycan özü də erməni terrorundan əziyyət çəkir. Sonra nümayəndə heyəti Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdü. Komitənin sədri Əli Hüseynli dedi ki, Azərbaycanın ərazisinin bir hissəsinin uşğal edilməsinə, 100 minlərlə qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir, böyük uğurlara imza atır. Bu da müstəqil ölkəmizin və xalqımızın böyük potensialından xəbər verir. Ceffri Van Orden ölkəsi- Böyük Birtaniya ilə də Azərbaycanın çoxəsrlik tarixi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq sürətlə inkişaf edən əməkdaşlıqdan məmnunla söz açdı.

Daha çox xəbərlər