İnsan Allahdan qorxmalıdırmı?
İnsan Allahdan qorxmalıdırmı?
Bəndənin Allah-Taalaya münasibəti bəzi qaydalar əsasında tənzim olunmalıdır. Hədislərdən məlum olur ki, bəndənin Allahdan qorxması normal, hətta bəyənilən haldır. Bu qorxu insanın öz günahlarından xəbərdarlığına əsaslanır. Məsuliyyətli insan öz günühlarını böyük qəbul edər və bunlara görə cəzalanmaqdan qorxar. Amma Allahdan qorxu Onun mərhəmətinə ümidlə bərabər olmalıdır. Hədislərdə buyurulur ki, əsil möminin qəlbindəki Allah cəzasından qorxu və Allahın mərhəmətinə ümid tam bərabər həddə olmalı, biri-o birini üstələməmlidir. Çünki bu məsələdə birtərəfli davranmaq insanı ümidsizliyə sala bilər. İlahi mərhəmətdən ümidini itirmiş insan özünü cəhənnəm əhli kimi hiss edər, hər nə etsə də, cəzadan qurtulmayacağını düşünər. Bu isə onu daha da günahlara bulayar. Ona görə də bəndənin Allahdan qorxusu müəyyən həddə olmalı, Allahın mərhəmətinə ümidlə müvazinət təşkil etməlidir.

