Siyasət 

Astanada beynəlxalq parlament konfransi keçirilib

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, mehriban qonşuluq əlaqələrinə əsaslanır. Hər iki ölkənin beynəxalq müstəvidə eyni mövqedən çıxışı bunu bir daha təsdiqləyir”. Bu fikirlər Astanada Qazaxıstanın Birinci Prezident Günü münasibətilə keçirilən beynəlxalq parlament konfransında səslənib.

“Astana – qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda keçirilən beynəlxalq parlament konfransında regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmini, terrorizmə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə mövzusu oldu. Əvvəlcə Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Xarici işlər naziri Kayrat Abduraxmanov Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi barədə məlumat verdilər. Birinci Prezident Günü münasibətilə təbriklərini çatdıran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə dedi ki, bu gün iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Vurğuladı ki, bu əməkdaşlığın daha da genişləndirilməsində hər iki ölkə maraqlıdır.

Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Azərbaycanın və Qazaxıstanın beynəlxalq və regional təşkilatlarda mövqeləri üst-üstə düşür. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın qəbul olunması münasibətlərin daha da inkişafı üçün geniş imkanlar yaradır. Konfrans çərçivəsində Ziyafət Əsgərov Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə də görüşdü. Görüşdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsində parlamentlərin rolu xüsusi qeyd edilib.

Daha çox xəbərlər