Bu gün GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası başlayacaq
ARANTV.AZ xəbər verir ki, bu gün GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası başlayacaq. Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək toplantının ilk günü quruma üzv ölkələrin ekspertlər səviyyəsində müzakirələri olacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq. Noyabrın 28-də isə üzv ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı nəzərdə tutulur. Toplantıda Azərbaycan da təmsil olunacaq.

