Gündəm 

Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir

ARANTV.AZ xəbər verir ki, “Made in Azerbaijan” brendli məhsulların xaricdə nümayişi davam edir. Özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir. Şərablarımız dünyanın bir sıra ölkələrinə, o cümlədən Rusiyaya ixrac olunur. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılan müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin gələcəkdə çətinliklə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.

Daha çox xəbərlər