Gündəm 

SOCAR-da “Neft və qaz sənayesində Milli Kontent: anlayış, tətbiqi və qanunvericilikdə əksi” mövzusunda seminar keçirilib

ARANTV.AZ xəbər verir ki, SOCAR-da “Neft və qaz sənayesində Milli Kontent: anlayış, tətbiqi və qanunvericilikdə əksi” mövzusunda seminar keçirilib. Tədbirdə layihələrdə yerli resurslardan istifadənin cari vəziyyəti və potensialı barədə fikir mübadiləsi aparılıb. SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, Xalik Məmmədov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər dövlət qurumlarının nümayəndələri  mövzu ilə bağlı çıxış ediblər. Milli kontentin inkişafına xidmət edən dövlət proqramları barədə məlumat verilib, müvafiq qanunvericilik aktlarının təhlili, eyni zamanda beynəlxalq təcrübə və neft və qaz layihələrində operatorluq təcrübəsi barədə təqdimatlar keçirilib. Milli kontentə dair aktual məsələlərin müzakirəsi məqsədilə ekspertlər arasında dəyirmi masalar təşkil olunub.

Daha çox xəbərlər