Kriminal 

Bakıda kişi hamilə arvadına 18 bıçaq vurub – DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Bakıda xüsusi amansızlıqla arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Xəyal Məmmədovun cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, ittihama görə, ötən ilin avqustunda Sabunçu rayonu Maştağa qəsəbəsində Xəyal Məmmədov arvadı, 1988-ci il təvəllüdlü Günay Məmmədova ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Mübahisə zamanı Günay Məmmədova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadının üzərində 18 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Xəyal Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan Xəyal Məmmədov ifadəsində bildirib ki, avqustun 9-da səhər yaşadıqları evdə arvadı Günayla aralarında mübahisə yaranıb. Bundan 2 saat sonra həyat yoldaşı övadlarını götürüb yaxınlıqda yaşayan atasının evinə gedib. Xəyal ayın 11-i günorta satlarında qayınatasının evinə yollanıb. Evə girəndə dəhlizdə Günayı görüb və ondan evlərinə qayıtmasını tələb edib. Arvadı qayıtmaq istəmədiyini bildirib onunla söhbət edə-edə dəhlizdən yataq otağına keçib. Mübahisə zamanı Xəyal cibindən bıçaqı çıxarıb Günayın bədəninə xəsarətlər yetirib. Yoldaşı otaqda döşəmənin üzərinə yıxılıb. Xəyal isə əlində bıçaqla həyətə çıxaraq əlati orada tullayıb.

Xəyal Məmmədov daha sonra bildirib ki, hadisədən sonra evə gələrək əynindəki paltarları həyətdə yandırıb. Bir gün sonra isə polis bölməsinə gələrək təslim olub.
O, bildirib ki, yoldaşının hamilə olduğunu bildiyi üçün onu öldürmək istəməyib.

Noyabr ayının 5-də Günay Məmmədova təcili tibbi yardım avtomaşını ilə çox ağır vəziyyətdə xəstəxananın doğum şöbəsinə daxil olub. Aparılan tibbi yardımlara baxmayaraq qadın ayın 8-də xəstəxanada dünyasını dəyişib.

Məhkəmə tibbi müayinəyə əsasən qadının ölümünə beyinə qan sızma səbəb olub. Bununla da 3 ay əvvəl aldığı xəsarətlərlə ölümü arasında əlaqə olmayıb.

Məhkəmə prosesi zamanı Xəyal Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmə hesab edib ki, Xəyal Məmmədovun əməli CM-nin 29.120.2.2-ci, 2.4-cü və 2.8-ci (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla hamilə vəziyyətdə olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə Xəyal Məmmədov 11 il 3 at müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az

Daha çox xəbərlər